Türkiyə prezidenti ümrə ziyarətində olub

Türkiyə prezidenti ümrə ziyarətində olub
04:12 31 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 31 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanından iki günlük rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olub.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanla yanaşı ümrə ziyarətinə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Energetika və Təbii Sərvətlər naziri Berat Albayrak və İqtisadiyyat Naziri Mustafa Elitaş olublar.
Müstəsna hallarda ali qonaqlar üçün açılan Kəbə evinin qapıları Türkiyə heyyəti üçün açılıb.
Ümrə ziyarəti başa çatdıqdan sonra Türkiyənin dövlət başçısı Əl-Həram məscidini seyr edib.


Xəbərin orijinal ünvanı: http://report.az/din/turkiye-prezidenti-umre-ziyaretinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR