Naxçıvanda insan hüquqlarının qorunması daim diqqət mərkəzindədir

Naxçıvanda insan hüquqlarının qorunması daim diqqət mərkəzindədir
11:28 31 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 31 dekabr, AZƏRTAC
Bu il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətinə daxil olan müraciətləri araşdırıb, insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirmə tədbirləri həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2015-ci ilin yekunlarına həsr olunan yığıncaqda söhbət açaılıb.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirlərin 2015-ci ildə də həyata keçirildiyini diqqətə çatdırıb. İl ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılıb. Müvəkkilə ünvanlanan hər bir müraciət araşdırılıb, əlaqəli qurumlara sorğular ünvanlanıb, bununla yanaşı, şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib.
Müvəkkil Milli Preventiv Mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə 28 müəssisədə 111 başçəkmə həyata keçirib.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı tədbirlərin, o cümlədən müvəkkilin və təsisatın fəaliyyətinin işıqlandırılması, həmçinin elektron müraciət səhifəsinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.
Ombudsman qeyd edib ki, 2015-ci il ərzində müvəkkilin internet səhifəsinin elektron kitabxana bazası qanunvericilik aktları ilə, o cümlədən hüquqi maarifləndirici vasitələrlə mütəmadi olaraq zənginləşdirilib.
Ülkər Bayramova qarşıda duran vəzifələrdən də danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_insan_huquqlarinin_qorunmasi_daim_diqqet_merkezindedir-915700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR