Yeni il yolkasını 5 min polis qoruyur

Yeni il yolkasını 5 min polis qoruyur
18:37 31 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Tailandın paytaxtı Banqkok şəhərində Yeni il yolkasını 5 min polis mühafizə edir.

Milli.Az anspress-ə istinadən bildirir ki, polis qüvvələri əsas Yeni il şənliyi keçiriləcək Central World ticarət mərkəzinin yaxınlığındakı meydanda yerləşdirilib. İnsanların kütləvi toplaşacağı məkanlarda metal detektorlar quraşdırılıb. Partlayıcı vasitələrin olub-olmadığını yoxlamaq üçün ərazi kinoloqlar tərəfindən də nəzarətə götürülüb.

Belə güclü təhlükəsizlik tədbirinin görülməsi avqustun 17-də məhz bu meydanın lap yaxınlığında 20 nəfərin ölməsi, 125 nəfərin yaralanması ilə nəticələnən terror aktının baş verməsi ilə əlaqədardır. Bu faciəyə baxmayaraq, hökumət Yeni ilin ənənəvi keçirildiyi məkanı başqa yerlə əvəz etməyib.
Tailandda Yeni il möhtəşəm qeyd edilir. Olduqca rəngarəng bəzədilən şəhər və xüsusi rəng çalarları ilə işıqlandırma Banqkoku Yeni il gecəsi nağıllar şəhərinə bənzədir.

Yeni il axşamı şəhərdə pop və rok ulduzların konserti ilə yanaşı, ənənəvi boks döyüşləri keçirilir.

Gecəyarıdan sonra isə Banqkokun səması atəşfəşanlıqla min bir rəngə boyanır. Şəhərin tarixi mərkəzlərindən olan Arun məbədinin divarlarında əks olunan lazer şousu zamanı isə əsrarəngiz mənzərə yaranır.

Yerli inanca görə, Yeni ilin məbəddə qarşılanması insanlara təzə ildə uğur gətirir və onları köhnə pis əməllərindən çəkindirir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR