Prezident və xalqın birliyi 2015-ci ilin uğurlarında

Prezident və xalqın birliyi 2015-ci ilin uğurlarında
08:27 1 Yanvar 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci il Azərbaycan üçün yəqin ki, ən məsuliyyətli, eyni zamanda uğurlu bir il kimi yadda qalacaq. Baş verən bütün proseslərin önündə Azərbaycan Prezidenti İlham Əliyev və xalq dayanır. Məhz bu vəhdətin nəticəsində mühüm qələbələrə, nailiyyətlərə imza atıldı. Təbii ki, çətinliklərimiz də oldu. Bunlara isə mərdliklə dözüm nümayiş etdirildi.

Əsas uğurlar kimi daxili və xarici siyasətdə əldə edilən nailiyyətləri qeyd etmək olar. Burada transmilli enerji və nəqliyyatda meqalayihələrin reallaşdırılması qeyd edilməlidir.
Beynəlxalq arenada da mövqeyimiz möhkəmlənib. Bundan başqa, beynəlxalq təhdidlərə baxmayaraq milli və dövlət təhlükəsizliyi təmin edilib.

İlin siyası səhnəsində ən mühüm məsələ kimi isə Milli Məclisə keçirilən seçkiləri qeyd etmək lazımdır. Bu seçkilərin uğurla keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət və yanaşma müsbət hal kimi dəyərləndirilməlidir.

Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qeyri-neft sektoruna diqqət daha da artırıldı. 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olundu. Bu fəaliyyətdə əsas hədəf isə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək idi.

Azərbaycandan keçən nəqliyyat dəhlizindən səmərəli şəkildə istifadə edərək cevik bir infrastrukturun yaradılması məhz Prezident İlham Əliyevin təşəbbüsüdür. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı tək Azərbaycanın deyil, regionun inkişafı üçün önəmli bir layihədir. Bununla əlaqədar Prezident İlham Əliyevinin Cinə səfəri də çox mühüm əhəmityyət kəsb etdi. Aylarla Asiyadan Avropaya daşınan yüklər artıq Azərbaycan ərazisindən keçməklə sayılı günlər ərzində ünvanına çatdırılır.

Bundan başqa, 2015-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə "Cənub" qaz dəhlizinin yaradılması istiqamətində çox böyük işlər görülüb. TANAP və TAP layihəsi "Şahdəniz II" qazının Avropaya çatdırılması üçün ən mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə layihələr həyata keçirilir.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin dünyada gedən prosesləri düzgün qiymətləndirməsi və vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkə ağır iqtisadi və siyasi çətinliklərdən çıxıb.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin və xalqın digər sahələrdə də sınaqlardan alnıaçıq çıxmasına misal kimi Birinci Avropa Oyunlarının keçirilməsini göstərmək olar. Belə bir miqyasda tədbirin yüksək səviyyədə baş tutması böyük bir qələbədir. Bu qələbədən sonra 2017-ci ildə İslam Həmrəylik Oyunlarına da ev sahibliyi etmək nəzərdə tutulub. Bundan başqa, dövlətimiz tərəfindən Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının Bakıda keçirilməsi mühüm nailiyyətlərdir.

2015-ci ilin yekunlarına nəzər salarkən təəssüflə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş olmadı. Bunun da əsas səbəbi ATƏT-in Minsk qrupunun deklorativ bəyanatları, Ermənistanın destruktiv və təcavüzkar mövqeyidir. Prezident İlham Əliyevin səyləri nəticəsində ordu quruculuğunda xeyli irəliləyişlər baş verdi, Azərbaycan ordusu müasir silah-sursatlarla təmin edildi. Əsas amil isə orduda bu gün əldə olunan məhz qələbə əzmkarlığı və ruh yüksəkliyidir.

Xeyirlə-şərin bir yerdə olmasını başa düşən Azərbaycan xalqı öz Prezidenti ilə bir yerdə bütün neqativ və xoşagəlməz halları da çözdü və mühüm qərarlar qəbul edilməklə öhdəsindən gəldi. Təbii ki, insan itkisi və fəlakət qurbanlarına hərtərəfli mənəvi və maddi dəstək olmaq üçün Prezident İlham Əliyev tərəfindən müvafiq göstərişlər verildi və qərarlar qəbul edildi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərinə nəzər salanda görünür ki, məqsəd dövlətin təhlükəsizliyi, insanların rifahı və ölkənin inkişafıdır.

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və uğurlu siyasət bundan sonra da davam etdiriləcək, birinci dərəcəli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində mühüm addımlar atılacaq, milli təhlükəsizliyin və sabitliyin təmin olunması üçün başlanmış işlər davam etdiriləcək. Ən başlıca vəzifə kimi isə inkişaf və rifah üçün bütün qüvvələr səfərbər ediləcək.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28

Putin aviasiya komandanını ordudan qovdu

26 Sentyabr 2017 19:24

Rusiya İŞİD-in Suriyadakı obyektlərini bombaladı

26 Sentyabr 2017 19:23

Zakir Həsənov Appaturayla görüşüb

26 Sentyabr 2017 19:14

Qurban Qurbanov -

26 Sentyabr 2017 19:10

Rumın hücumçu rəsmən "Səbail"də - FOTO

26 Sentyabr 2017 19:07

14 yaşlı qızların nişanlanaraq məktəbi tərk etməsi XƏBƏRİNƏ RƏSMİ REAKSİYA

26 Sentyabr 2017 19:03

Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib

26 Sentyabr 2017 19:02

Demet Akalın Aygün Kazımovadan oğurluq edib? - VİDEO

26 Sentyabr 2017 18:58

Qurban Qurbanov: "Çalışacağıq ki..."

26 Sentyabr 2017 18:53

Bütün yollar "Qarabağ" - "Roma" oyununa aparır - PAYTAXTDA XÜSUSİ HAZIRLIQ

26 Sentyabr 2017 18:49

Siyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR - FOTO

26 Sentyabr 2017 18:43

Gəncədə 2 nəfər bıçaqlanıb

26 Sentyabr 2017 18:37

Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ

26 Sentyabr 2017 18:33

Tofiq Sarıcalinski ordenlə təltif edildi

26 Sentyabr 2017 18:33

Bakıda "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib

26 Sentyabr 2017 18:32

MTRŞ sədri ATV-dəki rəhbər dəyişikliyindən danışdı: "Dəfələrlə demişdik"

26 Sentyabr 2017 18:29

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:24

Azərbaycanda Afrika taunu təhlükəsi?

26 Sentyabr 2017 18:23

"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

26 Sentyabr 2017 18:22

Dillər universitetində aksiyaya görə tələbələr qovulub? - AÇIQLAMA

26 Sentyabr 2017 18:19

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edildi

26 Sentyabr 2017 18:16

Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU

26 Sentyabr 2017 18:13

ATV-də köklü dəyişikliklər olacaq?

26 Sentyabr 2017 18:13

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

26 Sentyabr 2017 18:12

Yol tikintisi üçün maliyyə vəsaiti ayrıldı

26 Sentyabr 2017 18:10

Araz Abdullayevin başına nə gəlib? - SƏBƏB

26 Sentyabr 2017 18:07