Azərbaycan GUAM-ın sədri oldu

Azərbaycan GUAM-ın sədri oldu
12:09 1 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat – GUAM-a sədrlik 2016-cı il yanvarın 1-dən Ukraynadan Azərbaycana keçib.

 

APA-nın xəbərinə görə, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Belqradda keçirilən toplantısında qərar qəbul edilib.

 

Təşkilatın baş katibi vəzifəsini isə qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı keçmiş səfiri Altay Əfəndiyev icra edəcək.

 

Qeyd edək ki, bundan əvvəl GUAM-ın baş katibi vəzifəsini gürcüstanlı diplomat Valeri Çeçelaşvili tutub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR