Bakı avtobusları, iranlı qoca və Nobel mükafatı

Bakı avtobusları, iranlı qoca və Nobel mükafatı
14:12 2 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Adətən şəxsi minik maşınlarında gördüyümüz "məni yu" ifadəsi Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobuslar üçün daha çox keçərlidir. Sərnişin avtobusları nəinki xaricdən, hətta daxildən də su üzünə həsrət qalıb.

Avtobus su ilə yuyulmaq baxımından xaricdən insan və Allahın, daxildən isə təkcə insanın ümidinə qalıb. Təbiət arabir göydən yağış səpələyərək bu nəqliyyat vasitələrini yuduğu halda, insanın ümidinə qalan hissə isə pis münasibət görür.

Kir və pasın içində olan sərnişin avtobuslarımız bu yaxınlarda xəbəri yayılan 60 il yuyunmayan iranlı qocanı xatırladır. Bəlkə də avtobusları ölkəmizə gətirən şirkətlər onları su üzünə həsrət qoymaqla özünəməxsus sınaq testindən keçirir, kim bilir?

Bəlkə də şirkətlər suya qənaət etməklə Afrikada su üzünə həsrət qalan insanlarla həmrəylik nümayiş etdirirlər. Yəqin, sahibkarlar öz aləmlərində fikirləşirlər ki, qara qardaş və bacılarımızın su tapmadığı bir vaxtda mən niyə Afrikada qızıl dəyərində olan maye ilə hər hansı çirkli avtobusu yuyum?

Amma bu eksperimentin uğurlu alındığını söyləmək olmaz. Bizi mənzil başına sağ-salamat çatdırmalı olan bu avtobuslar elmə məlum olan və olmayan müxtəlif zərərli bakteriya, virus, mikro və makroorqanizmlərin çoxalıb artdığı münbit məkana çevrilib.

Biz ünvana salamat çatsaq da, sadalanan gözlə görünməyən canlılar bizim orqanizmə düşməklə sonradan müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Avtobusları Bakıya gətirənlər bu faktı da nəzərə almalıdırlar. Salamatçılıq təkcə xaricdən deyil, həm də daxildən olmalıdır.

Görənlər bilir, görməyənlər üçün: Sərnişin avtobuslarının oturacaqları elə acınacaqlı vəziyyətdədir ki, sanki ora atom bombası atılıb. Oturacaqların üz və arxa hissələrinə kəsici və deşici alətlərlə xətər yetirilib. Onlardan kirlilik, çirklilik, eybəcərlik, üfunət iyi və buna bənzər bir çox ürəkbulandırıcı şeylər yağır. Amma onların üzərinə su yağmır ki, yağmır.

Belə bir yerə "odnorazoviy" əlcəklər və ağzın üstünü örtməklə daxil olmaq ən salamatıdır. Bu həm də həmin sərnişin avtobuslarının ruhuna uyğun gəlir. Təsvir edilən oturacaqlarda oturmaq məsləhət görülmür. Paltarlarınız vasitəsilə evdəkilərə və digərlərinə bakteriyalar "hədiyyə" etmiş olarsınız.

Amma səyyar bakteriya avtobuslarının "müsbət" tərəfləri də ola bilər. Əvvəla, bura Azərbacan Milli Elmlər Akademiyasının gənc alimləri üçün tədqiqat obyektinə və səyyar laboratoriyasına çevrilə bilər. Kim bilir, gənc alimlərimizdən biri burada elmə məlum olmayan bakteriya növü taparaq dünya tibb aləmində səs salacaq, yaxud daha da uzağa gedərək "Nobel" mükafatına layiq görüləcək. Bilmək olmaz.

Digər müsbət cəhət isə "Safeguard" və "Protex" kimi bakteriya əleyhinə məhsullar satan şirkətlərin nümayəndələrinin həmin avtobuslarda ekskursiya aparması imkanıdır. Onlar burada əyani şəkildə yeni bakteriya növlərini aşkar edərək məhsullarının bakteriya davamlılığını daha da artıra bilərlər. Bu, həmin şirkətlərin ölkəmizə investisiya yatırması və öz müəssisələrini açması ilə nəticələnə bilər.

Deyəsən, həmin sərnişin avtobusları Bakıya gətirən sahibkarların "uzaqgörən" siyasəti məhz buna hesablanıb.

Məftun Salmanov

Trend.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04

"Qarabağ"ın rəqibinin futbolçusu 150 minlik maşınla qəzaya düşdü - FOTOLAR

21 Sentyabr 2017 23:03

İsrail polisi Avropa parlamentindən olan nümayəndələrə hücum edib

21 Sentyabr 2017 23:02

Bu görüntülər sizi dəhşətə gətirəcək -

21 Sentyabr 2017 22:52

Türkiyədə silah səsləri eşidildi -

21 Sentyabr 2017 22:46

"Harvi"nin vurduğu ziyan - 600 milyon dollar

21 Sentyabr 2017 22:38

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:28

Erməni deputatlar Bakıda səfərdədir

21 Sentyabr 2017 22:28

BMT baş katibi Ruhanidən xahiş etdi

21 Sentyabr 2017 22:19

İstəyən hər qız “Taxt oyunları”nın qəhrəmanı ilə cinsi əlaqədə olacaq: İNANILMAZ İMKAN - FOTO (18+)

21 Sentyabr 2017 22:13

Azərbaycanın təşkil etdiyi hər bir yarış çox möhtəşəm keçir -

21 Sentyabr 2017 22:12

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:06

"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşüb

21 Sentyabr 2017 22:02

"Mariya" qasırğası şiddətini artırır -

21 Sentyabr 2017 22:00

Lənkəran sakini qatarın altında qaldı

21 Sentyabr 2017 21:58

Terror təşkilatı Suriyada seçkilər keçirəcək

21 Sentyabr 2017 21:43

Ermənistan parlamentinin deputatları Bakıya niyə gəliblər?

21 Sentyabr 2017 21:38

Lənkəranda qatar yerli sakini vurub

21 Sentyabr 2017 21:37

Erməni deputatlar Bakıdadır

21 Sentyabr 2017 21:34

Iraq ordusundan hazırlıq -

21 Sentyabr 2017 21:34

Göyçayda 62 yaşlı kişi özünü kanala atdı

21 Sentyabr 2017 21:28

Dünyanın ən yaşlı qadını dünyasını dəyişib

21 Sentyabr 2017 21:27

Sabah Yaxın Şərqin gələcəyi müəyyən ediləcək: Türkiyə ordusu HAZIRDIR

21 Sentyabr 2017 21:18

"Harvi"nin vurduğu ziyan açıqlanıb -

21 Sentyabr 2017 21:14

ANAM üçün

21 Sentyabr 2017 21:03

Aktauda Qazaxıstan-Azərbaycan gəncləri günlərinə start verilib

21 Sentyabr 2017 21:02

Kim Çen Inın seks kölələri, qorxulu əmrləri... -

21 Sentyabr 2017 20:50

Samuxda istehlakçı hüquqlarına dair konfrans keçirilib

21 Sentyabr 2017 20:42

Azərbaycanın Cənubi Koreyadakı səfiri “İlin səfiri” seçildi

21 Sentyabr 2017 20:38

Türkiyə Ərbilə hücum edəcəkmi? -

21 Sentyabr 2017 20:30

Lütfizadənin cənazəsinin gətirilməsi 7-10 gün çəkə bilər

21 Sentyabr 2017 20:29

Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS

21 Sentyabr 2017 20:28

“Azərbaycan-Rusiya: dostluq qanadlarında” adlı festivalın qalibləri ilə görüş keçirilib

21 Sentyabr 2017 20:27

Ayətullah Xameneyi Trampa dişinin dibindən çıxanı dedi

21 Sentyabr 2017 20:13

İraqın şimalındakı yerli hökumətin başçısının müşaviri: “Referendum"u təxirə salmağa hazırıq”

21 Sentyabr 2017 20:12

İki zənglə qarşısı alınan MÜHARİBƏ, ərazilərin qaytarılması üçün HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Sentyabr 2017 20:03

Vüqar Rəhimzadə: "Azərbaycan Prezidenti BMT-nin ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi"

21 Sentyabr 2017 20:02

İraqdakı azərbaycanlı İŞİD-çi ailələrin taleyi barədə şok təfərrüatlar -

21 Sentyabr 2017 20:02

Təhsil Nazirliyi yanında daimi şuralar məşvərətçi orqan kimi fəaliyyət göstərəcək

21 Sentyabr 2017 19:52

İtaliyanın məşhur dizayneri modapərəstləri BELƏ TƏƏCCÜBLƏNDİRDİ - FOTO

21 Sentyabr 2017 19:48

Sabah Azərbaycanda Avropa Çempionatı başlayır

21 Sentyabr 2017 19:44