Məleykə Əsədova: "Acından ürəyim getdi..."

Məleykə Əsədova: "Acından ürəyim getdi..."
16:17 2 Yanvar 2016
235 Digər
Ölkə mətbuatı
A- A+

"O, bizim hər birimizin müəllimi idi".

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Məleykə Əsədova xalq artisti Mikayıl Mirzə haqda xatirələrini "Günəbaxan" verilişində danışarkən deyib. Xalq artisti Mikayıl Mirzənin böyük şəxsiyyət olduğunu bildirib:

"Mən nə öyrənmişəmsə, Mikayıl müəllimdən öyrənmişəm. Onun kimi aktyor, müəllim az gəlir dünyaya. Mənim sənət həyatımda çox böyük rolu olub. Onun bir çox sənət adamından fərqi ürəyinin təmizliyi idi. Çox çalışqan idi. Bir dəfə qastrola gedəndə o qədər bizi işlətmişdi ki, yemək yeməyə vaxt tapmamışdıq. Mənim də aclığa dözümüm yoxdur. Bir də gördüm acından ürəyim getdi. Onunla bağlı belə xoş xatirələrimiz çoxdur".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR