Dollar 2016-cı ildə rekord dərəcədə bahalaşacaq

Dollar 2016-cı ildə rekord dərəcədə bahalaşacaq
19:27 2 Yanvar 2016
1626 Digər
Ölkə mətbuatı
A- A+

Bloomberg nəşrinin ekspertlərinina apardığı tədqiqatlar göstərib ki, 2016-cı ildə ABŞ dolları Kanada dolları, Britaniya funtu və Noveç kronasından başqa bütün əsas rəqiblərinə münasibətdə bahalaşacaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki, ən böyük devalvasiyaya Yeni Zellandiya və Avstralia dolları, eləcə də İsveçrə frankı məruz qalacaq (5,%-8%).

Bundan əlavə ABŞ valyutasına münasibətdə Danimarka və İsveç kronası (təxminən 5%), Yaponiya yenası (təxminən 3,5 %) və avro (3%) da ucuzlaşacaq.

Ekspertlər hesab edirlər ki, dolların möhkəmlənməsinin əsas səbəbi dekabrın ortalarında ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qəbul etdiyi qərardır.

Onların fikrincə, 2016-cı ildə iqtisadi artım davam edərsə uçot dərəcəsi daha dörd dəfə artırıla bilər.

"Çox güman ki, dollar 2016-cı ildə əksər valyutalara münasibətdə bahalaşacaq", - "Brown Brothers Harriman & Co"nun eksperti Mark Çandler hesab edir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR