Ulduz aktrisanın kişilərə tövsiyəsi

Ulduz aktrisanın kişilərə tövsiyəsi
03:36 3 Yanvar 2016
85 Şou
Ölkə mətbuatı
A- A+

Amerikalı məşhur aktrisa və fotomodel Pamela Anderson pərəstişkarlarının yeni ilini özünəməxsus bir şəkildə təbrik edib.

ANS PRESS-in məlumatına görə, ötən illərin məşhur seks-simvolu kişilərə impotent olmamağı arzulayıb.

Sosial şəbəkədə yaydığı təbrikinin altına Pamela 90-cı illərdə şəkdirdiyi öz erotik şəkillərini paylaşıb. “Ət sizi impotent edir. İmpotent olmaq lazım deyil”, -deyə "Malibu Xilasediciləri" serialının ulduzu yazıb.



48 yaşlı keçmiş “Playboy” modeli artıq bir neçə müddətdir heyvanların hüqüqlarının müdafiəsi ilə məşgul olur. Pamela belə qərara sevimli iti Conun ölümundən sonra gəlib. İtinin ölümündən sonra Pamela "mənəvi oyanış" yaşayıb. Andersonun yaxın dostlarından biri Pamelanın "siyasəti onun həyatının mərkəzi etməyə hazırlaşır" deyə bildirib.



Pamela keçən il həmçinin Rusiya prezidenti Vladimir Putinə məktubla müraciət edərək onu İslandiyadan Yaponiyaya nadir balıq növlərindən olan finval ətini daşıyan gəmiyə qarşı tədbir görməyə çağırıb. Andersonun sözlərinə görə, gəmidə nəsli yox olma həddində olan heyvanın təxminən 1700 ton ətini aparırlar. Həmçinin məktubda göstərilir ki, belə yüklərin daşınması beynəlxalq ticarət haqqında Konvensiyaya ziddir. Anderson beynəlxalq qanunların pozulmasında İslandiyanı ittiham edir və Putini Rusiya suları vasitəsilə gəmini buraxmamağa çağırıb.


Pamela Andersonun Putinə müraciəti

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR