Bölgələrdə avtomobil yolları qardan təmizlənib

19:43 3 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
Bölgələrə qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılır. Magistral və rayondaxili avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, yeni ilin ilk günlərində Gəncə şəhərinə yağan qarın qalınlığı 20 santimetr təşkil edib. Şəhərin bütün kommunal xidmət infrastrukturu gücləndirilmiş iş rejiminə keçib. Gəncənin prospekt və küçələrinə 50 ton duz, 100 ton qum səpilib. Aidiyyəti qurumların xüsusi texnikaları yolları qar və buzdan təmizləyib. Şəhər icra hakimiyyətində bununla bağlı xüsusi qərargah yaradılıb. Aparılan işlərə bu qərargahdan nəzarət olunur.
İsmayıllı rayonunda da qarın törətdiyi fəsadlar aradan qaldırılıb. Magistral və rayondaxili avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub. Qar səbəbindən elektrik təchizatında yaranan problemlər də həll edilib.
Ağsu rayonunda yolların buz bağlamasının qarşısının alınması, magistral yollarda avtomobillərin fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Bakı-Şamaxı-Yevlax avtomagistralının dağlıq ərazilərdən keçən hissəsində və Ağsu dolayında xüsusi texnikaların köməyi ilə yol təmizlənib.
Daşkəsən rayonunda da yol təsərrüfatı işçiləri gücləndirilmiş iş rejiminə keçib. Magistral və rayondaxili avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb, yolun təhlükəli hissələrinə qum tökülüb. Rayonun elektrik, qaz və rabitə sistemində ciddi problem yaşanmayıb.
Quba rayonunda da qarın fəsadları aradan qaldırılıb. Hazırda Quba-Xınalıq istiqamətində avtomobillər hərəkət edir. Rayondaxili, Bakı-Quba və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolu qardan təmizlənib. Rayonda işıq, su və qazla təchizatda hər hansı problem yoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolgelerde_avtomobil_yollari_qardan_temizlenib-915962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR