Gəncədə 2 nəfər şaxtalı havanın "qurban"ı oldu

Gəncədə 2 nəfər şaxtalı havanın "qurban"ı oldu
11:05 4 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bayram günlərində müşahidə edilən qarlı, şaxtalı hava Gəncədə iki nəfərin xəstəxanalıq olmasına səbəb olub. 

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, şəhərin 4-cü mikrorayon ərazisində yaşayan 1987-ci il təvəllüdlü Elmir Tofiq oğlu Musayev sol bud sümüyünün çıxığı diaqnozu ilə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərilən Elmir Musayevin vəziyyəti normaldır. Onun buzlu yolda yıxıldığı bildirilir.

Havaların soyuq keçməsinin və yolların buzlu olmasının digər bir "qurbanı" 40 yaşlı qadın olub. Xəstəxanadan bildirdilər ki, Gəncənin Təbriz küçəsi 5-ci döngədə yaşayan 1975-ci il təvəllüdlü Afət Abdulla qızı Tağıyeva buzlu yolda yıxılıb. Sağ baldırı sınan qadına xəstəxanada lazımi tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

Məlumat üçün bildiriək ki, dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib. Paytaxt Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkənin böyük hissəsində intensiv qar yağıb, yollar buz bağlayıb. Temperatur 5-10 dərəcə aşağı enib. 

Bəzi yerlərdə qarın hündürlüyü 80 sm-ə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR