Sərxoşluğu ilə yadda qalan məşhurlar - siyahı

Sərxoşluğu ilə yadda qalan məşhurlar - siyahı
11:41 4 Yanvar 2016
39 Şou
Ölkə mətbuatı
A- A+

Məşhurlar nə qədər parlaq və zəngin həyatı yaşasalar da, depressiya, stress və problemlər onları da yorur.

Bəziləri bunun çıxış yolunu içkidə və digər zərərli vərdişlərdə görür.

Axşam.az Rusiya mətbuatına istinadən içkidən əziyyət çəkən bir neçə məşhuru təqdim edir


Yuen Makqreqor - Aktyor əvvəllər çox içdiyini qəbul edir, lakin o, bu günləri "yaxşı günlər" kimi xatırlayır. Hazırda isə sağlam həyat tərzini üstün tutur.



Musiqiçi Derik Uibli - Müğənni Avril Lavinin keçmiş əri 2014-cü ildə yüksək alkoqol dərəcəsindən sərxoş halda xəstəxanaya çatdırılıb. Onun şüuru özündə olmayıb, spirtin təsirindən isə qaraciyəri və böyrəyi iflas etmək dərəcəsinə çatıb. Hazırda o, normal həyata dönüb və əzələlərin bərpası üçün müalicə alır.



Deniel Redkliff - "Harri Potter"in ulduzu 18 yaşı olanda hər gün içməyə başladı, çəkilişlərdə çox vaxt içkili halda iştirak edirdi. Bir müddət sonra isə o, özünü toparlaya bildi.



Aktyor Şaya Labaf - 2014-cu ildə sərxoş halda münaqişə yaratdığı üçün həbs olunur və altı ay bərpa kursu keçir.



Müğənni Yelena Perova - təkcə alkoqolizmdən deyil, narkotikadan da əziyyət çəkir. Deyilənlərə görə, o, bir neçə dəfə intihara da cəhd edib.



Aktyor Zak Efron eyni zamanda kokainin də aludəçisinə çevrilib.



Rejissor və aktyor Mel Gibsonun bütün həyatı alkoqolizmlə mübarizə ilə keçib.



Aktyor Conni Depp keçən il film çəkilişində sərxoşluq ucbatından əlini də yaralamışdı.



Müğənni Adel də bir müddət depresiyada olduğu zamanlar ürəyə toxunan mahnılar yazmaqla yanaşı, həm də içkidən asılı vəziyyətə düşmüşdü. O, səhnə çıxışlarından birindən əvvəl o qədər içibmiş ki, səhnədə mahnının sözlrini də unudib. Bunu müğənninin özü etriaf edib.



Aktyor Ben Afflek həyat yoldaşı Cennifer Qarnerlə boşanma ərəfəsinə girdiyi zaman yenidən içməyə başlayıb.



Aktyor Kiçik Robert Dauni Hollivudun ən çox qazanan aktyorları siyahısında öndə getsə də, hər zaman alkoqol problemi olub.




Aktyor Alek Bolduin



Aktyor Mettyu Perri




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR