İki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb - FOTO

İki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
22:42 4 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Yevlax yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.
 
1986-ı il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi 01 BP 528 dövlət nömrə nişanlı avtomobil 1980-cı il təvəllüdlü Rəşad Yadigarovun idarə etdiyi 90 SV 540 dövlət nömrə nişanlı "Mercedes" markalı maşınla toqquşub.
 
Nəticədə hər iki sürücü və VAZ-2106 markalı maşında olan sərnişin, 1988-ci il təvəllüdlü Fərqanə Məmmədova müxtəlif bədən xəsarəti ilə Bərdə MRX-na çatdırılıb.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR