Yeni il tətili qurtardı, rayonlara gedənlər geri qayıdır - VİDEO

Yeni il tətili qurtardı, rayonlara gedənlər geri qayıdır - VİDEO
23:57 4 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Bayramı yaxınları ilə qeyd etmək üçün rayonlara üz tutanlar artıq paytaxta qayıdır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, ona görə avtovağzallarda sıxlıq müşahidə olunub. Tətilin son günü bilet tapmaq da çətin olub. Vəziyyətdən sui-istifadə edənlər də olub.

Yeni il tətili qurtardı, rayonlara gedənlər geri qayıdır. Bu səbəbdən avtovagzallarda sıxlıq yaranıb.Gəncənin avtovağzalında bayram tətilinin son günündə sərnişin sıxlığı müşahidə olunub. Paytaxta yola düşmək istəyənlərin çoxluğu nəzərə alınaraq xəttə əlavə avtobuslar çıxarılıb. Lakin bəzi sürücülər sərnişin çoxluğunu fürsət bilib, qiyməti qaldırıb.

Zaqatalada avtobuslara bilet tapa bilməyən paytaxta mikroavtobuslarda ya da qatarla qayıtmalı olub. Rayon avtovağzalından bildirilib ki,sıxlıga görə əlavə maşınlar ayrılıb.

Bayramı yaxınları ilə qeyd etmək üçün Lənkərana üz tutanlar da paytaxta qayıdır. Sıxlıq yaranacağını bilənlər biletlərini əvvəlcədən alıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR