"Umid edirik ki, Suriya üzrə danışıqlar davam edəcək"

"Umid edirik ki, Suriya üzrə danışıqlar davam edəcək"
07:42 5 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və İran arasında yaşanan gərginliyə baxmayaraq, rəsmi Vaşinqton Suriya üzrə danışıqların davam edəcəyinə ümid bəsləyir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
 
"Biz əvvəlki kimi ümid edirik ki, Suriyanın hökumət və müxalifət nümayəndələri yanvarda bir araya gələcək", deyə C.Kirbi bildirib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçısıdırlar. İran Suriya hökumətini, Səudiyyə Ərəbistanı isə Bəşər Əsəd rejiminə qarşı çıxanları dəstəkləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR