İmişlidə dərmandan zəhərlənmə nəticəsində 50 baş qoyun tələf olub - FOTO

İmişlidə dərmandan zəhərlənmə nəticəsində 50 baş qoyun tələf olub - FOTO
08:12 5 Yanvar 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə qoyunlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən xəbər verir ki, hadisə rayonun Şirin Qum adlanan ərazisində qeydə alınıb.

Həmin ərazidə müvəqqəti məskunlaşmış Laçın rayon sakini İsaq Rüstəmov Bakıda olarkən ona iki baş qoyunun öldüyü xəbər verilib. İ.Rüstəmov da paytaxt apteklərindən birindən xəstəliyin əlamətlərini deyərək "Qrometsin" preparatı alıb. O, dərmanları qoyunlara verdikdən sonra xırdabuynuzlularda kütləvi zəhərlənmə halı müşahidə olunub. Bir həftə ərzində 15-i boğaz olmaqla 50 baş xırdabuynuzlu heyvan tələf olub və təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.

Kamallı baytarlıq məntəqəsinin müdiri Elsevər Ağayevin verdiyi məlumata görə, parazit qurdlara qarşı qutunun üstündə "Qrometsin" sözü yazılsa da, tərkibi başqa dərman olub. Məhz buna görə də qoyunlar kütləvi zəhərlənib.

Hazırda təsərrüfat sahibi heyvanatın tələf olmasında aptekdəki satıcı qadını təqsirli bilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR