Metropolitençilər uşaq evinin sakinlərini, qaçqın və məcburi köçkünləri sevindirib

Metropolitençilər uşaq evinin sakinlərini, qaçqın və məcburi köçkünləri sevindirib
16:03 5 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə (MİHİ) “Bakı Metropoliteni” QSC-nin kollektivinin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Əlil körpələrə yardım” İctimai Birliyinin Mərdəkandakı uşaq evinin sakinləri üçün təşkil etdiyi bayram şənliyi və nahar süfrəsində iştirak ediblər.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, metropolitençilər valideyn qayğısından məhrum uşaqları, müəllim-tərbiyəçi heyətini 2016-cı il münasibətilə təbrik ediblər, uşaqlara hədiyyələr təqdim ediblər.
“Bakı Metropoliteni” QSC rəhbərliyinin və MİHİ-nin təşkilatçılığı ilə Şamaxı və Ağdam rayonlarında məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə Yeni il münasibətilə yardım və bayram hədiyyələri göndərilib. Metropolitençilərin nümayəndə heyəti doğma ocaqlarından məhrum olmuş insanlarla görüşüb, QSC-nin və MİHİ rəhbərliyinin adından onları yeni il münasibətilə təbrik edib, növbəti ili öz doğma od-ocaqlarında qarşılamağı arzulayıb. Sonra onlara bayram sovqatları paylanılıb.
Qaçqın və məcburi köçkünlər adından çıxış edən rayon icra hakimiyyətinin nümayəndələri bu diqqətə görə metropolitenin bütün kollektivinə və rəhbər heyətinə minnətdarlıqlarını bildiriblər.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Metropolitenchiler_usaq_evinin_sakinlerini_qachqin_ve_mecburi_kochkunleri_sevindirib-916191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR