NBA: Dekabr ayının ən yaxşı məşqçilərinin adları açıqlandı

NBA-da geridə qalan dekabr ayının ən yaxşı məşqçilərinin adları açıqlanıb.

Metbuat.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, Şərq konfransında "Orlando Mecik"in çalışdırıcısı Skott Skaylz, Qərbdə isə "San Antonio Spörs"ün baş məşqçisi Qreqq Popoviç qalib adını qazanıblar.

Popoviçin rəhbərlik etdiyi "Spörs" dekabr ayının nəticələrinə görə NBA-dakı bütün komandaları qabaqlayır: 14 qələbə, 2 məğlubiyyət. Skaylzın komandası isə Şərq konfransında hamını qabaqlayıb: 10 qələbə, 5 məğlubiyyət.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR