O bildirib ki, partiya üzvü olan bir qrup şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, partiya strukturlarını tanımamaq, daxildə paralel strukturlar yaratmaq və partiyanı nüfuzdan salmaq istiqamətində davamlı fəaliyyət göstərib.
O deyib ki, bu fəaliyyətin qarşısını almaq məqsədilə partiyanın səlahiyyətli orqanları bir neçə nəfərin barəsində müvafiq qərarlar çıxarıb. A.Hacılı qurultaydan sonra partiya strukturları tərəfindən 6 nəfərin partiya sıralarından çıxarılmasının repressiya kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib, Müsavatın ən demokratik partiya olduğunu vurğulayıb. Müsavat başqanı qeyd edib ki, qurultaydan sonra 30 nəfər partiyadan çıxdığını bəyan etsə də, partiyanı parçalamaq cəhdi alınmayıb, qəbul olunan yeni üzvlərin sayı partiyadan çıxanların sayından təxminən üç dəfə artıq olub. Çıxışlardan sonra rayon təşkilatlarına cari tapşırıqlar verilib.
Milli.Az