Suriya müxalifəti rəsmi Dəməşqə tələblər irəli sürdü

Suriya müxalifəti rəsmi Dəməşqə tələblər irəli sürdü
07:04 6 Yanvar 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

 Suriyanın müxalifət liderləri BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya rəsmi Dəməşqin etimadın artırılması istiqamətində addımlar atmasının lazım olduğunu bildiriblər. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Suriyanın müxalifət liderləri rəsmi Dəməşqdən danışıqlara başlamazdan əvvəl həbs edilənlərin azadlığa buraxılmasını və dinc əhalinin yaşadığı ərazilərə zərbələrin endirilməməsini tələb ediblər.  

 

Agentliyin məlumatına görə, müxalifət liderlərinin müzakirəyə çıxardığı tələblər BMT Təhlükəsizlik Şurasının dekabrın 18-də qəbul etdiyi qətnaməyə uyğundur.  Bu qətnamə Suriya böhranının dinc yolla nizamlanma prosesinin  beynəlxalq “yol xəritəsi”ni dəstəkləyib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR