Azərbaycan sahibkarları İstanbul Mebel Sərgisinə dəvət olunurlar

Azərbaycan sahibkarları İstanbul Mebel Sərgisinə dəvət olunurlar
12:13 6 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 12-də İstanbul Tüyap Sərgi və Konqres Mərkəzində Türkiyənin ən böyük və dünyanın ən əhəmiyyətli üçüncü mebel sərgisi - İstanbul Mebel Sərgisi (İSMOB) açılacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgidə Türkiyənin mebel sektorunda fəaliyyət göstərən və müxtəlif ölkələrə mal ixrac edən şirkətlərin məhsulları nümayiş olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar. Sərgi yanvarın 17-dək davam edəcək. Ətraflı məlumat almaq istəyənlər AZPROMO-ya müraciət edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahibkarlari_Istanbul_Mebel_Sergisine_devet_olunurlar-916360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR