Maskalı şəxslər kafedra müdirinin evinə basqın etdi - YENİLƏNİB

Maskalı şəxslər kafedra müdirinin evinə basqın etdi  - YENİLƏNİB
14:19 6 Yanvar 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Səs-küy yarandığından onlar istədiklərinə nail ola bilməyib, hadisə yerini tərk ediblər

 

Gəncədə yaşayış evinə maskalı şəxslərin basqın etməsi ilə bağlı yeni fakt ortaya çıxıb.

 

APA-nın əldə etdiyi məlumata görə, basqına məruz qalan Qəmbər Abdullayev Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdiri vəzifəsində çalışır.

 

**

13:14

Quldurluq etmiş Gəncə sakinləri tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 5-də gecə saat 04 radələrində Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib. Səs-küy yarandığından onlar istədiklərinə nail ola bilməyib, hadisə yerini tərk ediblər.

 

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR