“Türk Hava Yolları” Bakı-İstanbul-Bakı istiqamətində qiymətlərə endirim elan edir

16:18 6 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
“Türk Hava Yolları” aviaşirkəti tərəfindən yanvarın 15-dən martın 31-dək Bakı-İstanbul-Bakı istiqamətində uçuşlara yeni endirimli qiymətlər elan olunub.
“Türk Hava Yolları”nın Bakıdakı rəsmi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, endirimli qiymətlər Bakıdan İstanbulun hər iki aeroportuna (Atatürk ve Sabiha Gökçen) həyata keçirilən uçuşlara tətbiq olunur. Gediş-gəliş səyahəti üçün vergilər daxil olmaqla ümumi qiymət 159 avro təşkil edir. Bu kampaniya ilə həyata keçiriləcək uçuşlar yanvarın 5-dən 24-dək olan biletlərə şamil edilir.
Xatırlatmaq istərdik ki, bu kampaniyaya məxsus olaraq bir sərnişin üçün nəzərdə tutulan ödənişsiz baqajın çəkisi 30 kiloqram müəyyən edilib.
Kampaniya və xüsusi qaydalar haqqında ətraflı məlumat almaq istəyənlər şirkətin rəsmi veb saytından www.turkishairlines.com, (012) 404-88-49 nömrəli çağrı mərkəzindən, THY ofisindən və səlahiyyətli turizm agentliklərindən əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turk_Hava_Yollari_Baki_Istanbul_Baki_istiqametinde_qiymetlere_endirim_elan_edir-916438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR