“Report” Azpromo-ya istinadən bildirir ki, bu sərgi İslam İnkişaf Bankı Direktorlar Şurasının 41-ci İllik Toplantısı çərçivəsində təşkil olunacaq.
İslam İnkişaf Bankına üzv ölkələrin inkişafını dəstəkləmək məqsədi ilə həyata keçirilən sərgidə daha çox gənclərin bacarıqlarının gücləndirilməsi istiqamətinə yönəldilən səhiyyə, təhsil, innovasiya və məşğulluq layihələrinə üstünlük veriləcək.
Qeyd edək ki, Azərbaycan sahibkarları da bu tədbirə dəvətlidirlər.