"Səssiz ölüm" daha bir nəfərin həyatına son qoydu

"Səssiz ölüm" daha bir nəfərin həyatına son qoydu
19:11 6 Yanvar 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dəm qazı 40 yaşlı kişinin həyatına son qoyub. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Xətai rayonu M. Davudov küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1976-cı il təvəllüdlü Çingiz Aydın oğlu Bədəlovun yaşadığı evin hamam otağında cəsədi ailə üzvləri tərəfondən aşkarlanıb. Üzərində heç bir fiziki xəsarət aşkar edilməyən 40 yaşlı kişinin dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu dəm qazının insan həyatına son qoyduğu ilk fakt deyil. Təkcə dekabr ayı ərzində bir neçə belə hadisə baş verib. Dekabrın 14-də də dəm qazı 25 yaşlı qadının həyatına son qoyub. Şəhər sakini 1990-cı il təvəllüdlü Sevinc Oruc qızı İbrahimova yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib. Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Dünyasını dəyişən qadın evli olub.

Elə həmin gün "səssiz ölüm"ün insan həyatına son qoyduğu ikinci fakt isə Xətai rayonu ərazisində baş verib. Həmin rayonda yaşayan Dövlətgəldi Qurbanov mənzillərində dəm qazından zəhərlənərək ölüb.

Həmin hadisələrdən iki gün isə Bakıda mənzildə 24 yaşlı qızın meyiti tapılıb.

Məlumata görə, Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı N.Əzizovanın dəm qazından vəfat etdiyi müəyyən olunub.

Çingiz Bədəlovdan başqa da iki nəfər gün ərzində dəm qazının qurbanı olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova dəm qazından zəhərlənərək ölüblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR