Bayram 15 dərəcə şaxtada çimir - VİDEO - FOTO

Bayram 15 dərəcə şaxtada çimir - VİDEO - FOTO
08:22 7 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatala sakini -15 dərəcə şaxtada dağ çayına baş vurub.

Milli.Az "report"a istinadən xəbər verir ki, 47 yaşlı Bayram suya girməzdən əvvəl qar vannası qəbul edib.

Soyuq suda çimmək çoxlarının bağban kimi tanıdığı Bayramın hobbisidir. O bu işi uşaqlıqdan etdiyini bildirib. Bu şəxs qış aylarında isti üst geyimlərindən də istifadə etmədiyini və bu fəsli idman köynəyində keçirdiyini qeyd edib. Bayram həm də, "Ginnesin Rekordlar Kitabı"na düşmək arzusunda olduğunu dilə gətirib.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR