Bakının suyu kəsilməyəcək

Bakının suyu kəsilməyəcək
09:57 7 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda su təchizatının dayandırılması təxirə salınıb.

"Azərsu" Açıq  Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin yerinin dəyişdirilməsi işləri texniki məsələlərlə bağlı təxirə salınıb.

Bununla əlaqədar 07 yanvar 2016-cı il tarixdə Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafı, eləcə də Nizami rayonunun  Mikayıl Əliyev və Çobanzadə küçələri boyu ərazilərin içməli su təchizatı dayandırılmayacaqdır.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR