90 minlik dələduzluq elədi, məhkəmə zalından azadlığa buraxıldı

90 minlik dələduzluq elədi, məhkəmə zalından azadlığa buraxıldı
11:04 7 Yanvar 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə görə, zərərçəkmişə dəymiş ziyan tam ödənildiyi üçün Həsənova iki il müddətə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Babək Həsənov Bakı şəhər sakininin etimadını qazanaraq ondan 90 min manat alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR