Gürcüstan maşını Azərbaycanda yola ziyan vurdu - FOTO

Gürcüstan maşını Azərbaycanda yola ziyan vurdu - FOTO
11:42 7 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

"Azəryolservis" ASC-dən Milli.Az-a bildiriblər ki, hadisə nəticəsində 16 poqon-metr əyrixətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.

Belə ki, Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyrixətli dəmir tirlərə çırpılıb.

İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1525 manat məbləğində ziyan dəyib. "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

İlkin İzzət
Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR