“Ulduz müharibələri”nin yeni epizodu kassa yığımı rekordunu yeniləyib

“Ulduz müharibələri”nin yeni epizodu kassa yığımı rekordunu yeniləyib
12:43 7 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
“Ulduz müharibələri” filminin yeddinci epizodu kassa yığımı rekordlarını yeniləməkdə davam edir. Yanvarın 6-da ABŞ-da və Kanadada fantastik macəra filminin kassa yığımı 760,5 milyon dolları keçib. “Ulduz müharibələri”nin yeni epizodu “Avatar”ı geridə qoyaraq Şimali Amerika üçün rekord müəyyən edib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bundan əvvəl də “Ulduz müharibələri: gücün oyanışı” filmi bir sıra kassa rekordlarını yeniləmişdi. Cey Cey Abramsın ekran əsəri digər filmlərdən daha tez – 12 prokat günü ərzində 1 milyard dollar qazana bilib. Yeni epizod, həmçinin epopeyanın bütün yeddi hissəsindən ən populyarı olub.
Dünya üzrə kassa yığımlarının həcminə görə “Ulduz müharibələri” hələ ki, 1,5 milyard dollarla dördüncü yeri tutur. Lakin “Gücün oyanışı” filminin bu göstəriciyə görə də, ümumilikdə 2,8 milyard dollar yığan “Avatar”ı qabaqlayacağı gözlənilir.
Xatırladaq ki, kosmik epopeyanın yeni epizodu ekranlara dekabrın 16-da buraxılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulduz_muharibelerinin_yeni_epizodu_kassa_yigimi_rekordunu_yenileyib-916630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR