Zaqatala sakini 4 maşından 1 maşın düzəltdi

Zaqatala sakini 4 maşından 1 maşın düzəltdi
17:39 7 Yanvar 2016
41 Sosial
Ölkə mətbuatı
A- A+

Zaqatalanın Danaçı kənd sakini, 27 yaşlı Abdulla Məmmədov heç bir kənar müdaxilə və yardım olmadan, yalnız ağlı və əl əməyindən istifadə etməklə yeni bir avtomobil növü hazırlayıb. Lent.az-ın Region TV-yə istinadən məlumatına görə, onun "Abdulla" adlandırdığı bu maşının hazırlanmasında dörd növ avtomobilin hissələrindən istifadə edilib. Belə ki, 1 ton 250 kq çəkisi olan avtomobilin ön daşıyıcı hissəsi və ön təkərləri "Zaporojets", arxa körpü hissəsi "Moskviç", arxa təkərləri "Mercedes", mühərrik və sürət qutusu isə "VAZ 2101" markalı avtomobillərə məxsusdur. Avtomobilin maketi və digər hissələrini isə gənc öz əlləri ilə hazırlayıb.

 

Uşaqlıqdan texnikaya həvəs göstərən A. Məmmədov avtomobil hazırlamağı illər öncədən arzulayıb. Bu istəyini reallaşdırmağa isə 5 il əvvəl başlayıb. Avtomobil yalnız bir neçə gün öncə tam hazır vəziyyətə gətirilib. O, bu texnikadan şəxsi təsərrüfatında istifadə etmək fikrindədir.

 

İki ton yük daşıma qabiliyyətinə malik avtomobil 100 kilometr məsafəyə 6-7 litr benzin sərf edir. Avtomobilin hazırlanması üçün təqribən 4500 manata yaxın vəsait xərclənib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR