Bakıda ana və qızını maşın vurub. APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində baş verib. Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyasından şəhər istiqamətində hərəkətdə olan "Opel" markalı 90 EM 062 dövlət nömrə nişanlı avtomobil Böyükşor qəsəbəsi ərazisində yolu keçən Vəfa Sadıqova və onun qızı, 12 yaşlı Fərqanı Sadıqovanı vurub. Ana aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Qızı isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çardırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakıda ana və qızını maşın vurdu: ana öldü, qızı ağır yaralandı
Bakıda ana və qızını maşın vurdu: ana öldü, qızı ağır yaralandı
Bakıda ana və qızını maşın vurdu: ana öldü, qızı ağır yaralandı
Bakıda ana və qızını maşın vurdu: ana öldü, qızı ağır yaralandı