"Report"un məlumatın görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlikdən bildirilib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil: "Azərbaycan vətəndaşları turist kimi vizasız ölkəmizə 30 günlük səyahət edə bilərlər".
Qeyd edək ki, ötən gün Türkiyə KİV 89 ölkəyə, o cümlədən Azərbaycana viza tətbiq edəcəyi haqda xəbər yayıb.