Məlumata görə, yeni təyinat üçün TQDK ilk olaraq müsabiqə elan etməlidir: "Bunun ardınca müsahibə mərhələsi olmalıdır. Yalnız bu mərhələlərdən sonra Elnur Nağızadənin yerinə təyinat gerçəkləşə bilər. Hazırda komissiyanın mətbuat xidmətinin rəhbərini heç kim əvəz etmir".
TQDK-dan verilən məlumata görə, E.Nağızadə ərizə yazaraq vəzifəsindən azad edilməsin istəyib və onun xahişi qəbul olunub: "Elnur Nağızadə təxminən bir ay bundan əvvəl ailədaxili problemlərini əsas gətirərək işdən ayrılıb".
Qeyd edək ki, E.Nağızadə 5 ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.