Qaxa dolu yağıb

Qaxa dolu yağıb
21:17 8 Yanvar 2016
67 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün axşam Qax rayonuna dolu yağıb.
"Report" xəbər verir ki, qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunan dolu əsasən şəhər mərkəzindən 12 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndinə qeydə alınıb. Təqribən 5 dəqiqə müddətində noxud iriliyində yağan dolu təsərrüfata ziyan vurmayıb.
Şəki Regional Hidrometrologiya Müəssisəsinin Hidrometrologiya şöbəsinin rəisi Qüdrət Eminov "Report"-a bildirib ki, qış fəslində dolu yağması tarixən nadir rastlanan hadisədir. Dolunun yağmasına səbəb bir həftə ərzində temperaturun kəskin dəyişməsi olub.
Şöbə müdiri onu da əlavə edib ki, ayın 10-a qədər respublikanın şimal-qərb bölgəsində sulu qar və qar yağacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qaxa-dolu-yagib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR