Şamaxıda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı mövzulu elmi konfrans keçiriləcək

Şamaxıda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı mövzulu elmi konfrans keçiriləcək
02:27 9 Yanvar 2016
46 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Martın 30-dan aprelin 2-dək Şamaxı şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və Şamaxı rayonu İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutunun mətbuat xidmətindən "Report"a bildiriblər ki, konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək: Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı; Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1918-ci illər soyqırımları.
Konfransın materialları çap olunacaq. Konfransda iştirak etmək üçün məruzələrin tezisləri yanvarın 30-dək Təşkilat Komitəsinə göndərilməlidir.
Tezislərin həcmi 3 səhifədən artıq olmamalı və elektron variant djabibaxramov@mail.ru və tofig-nacafli@rambler.ru e-mail ünvanlarına göndərilməlidir. Tezisin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Tezislərin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.
Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və yemək xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcəkdir.


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/samaxida-azerbaycanda-ve-serqi-anadoluda-turk-muselman-ehaliye-qarsi-1914-1920-ci-iller-soyqirimi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR