Avropa İttifaqı Liviyaya 100 milyon avro ayıracaq

Avropa İttifaqı Liviyaya 100 milyon avro ayıracaq
04:34 9 Yanvar 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Liviyada baş vermiş qanlı terror aktından sonra bu ölkəyə  100 milyon avro məbləğində yardım ayıracaq.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

 

Zliten şəhərində hərbi təlim düşərgəsində törədilən terror aktını pisləyən F.Moqerini Liviyada təhlükəsizliyin təmin edilməsi və xalqın ehtiyaclarının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 7-də Liviyanın paytaxtı Tripolidən 160 km şərqdə yerləşən Zliten hərbi təlim düşərgəsində baş verən terror aktı nəticəsində 70 nəfər ölüb, 200 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR