Bakıda şirkət əməkdaşları istifadəyə yararsız məhsullar satarkən tutulub

16:37 9 Yanvar 2016
19 Sosial
Ölkə mətbuatı
A- A+

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində keyfiyyətsiz yeyinti məhsullarının satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - “Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.
Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-sirket-emekdaslari-istifadeye-yararsiz-mehsullar-satarken-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR