Göyçayda taxıl, tərəvəz və bostan məhsullarının istehsalı artıb

Göyçayda taxıl, tərəvəz və bostan məhsullarının istehsalı artıb
19:08 9 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 9 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda taxıl, tərəvəz və bostan məhsullarının istehsalı artıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kənd əməkçiləri əvvəlki illərlə müqayisədə 2015-ci ildə əkin sahələrini xeyli artırmaqla yanaşı, bol məhsul da əldə etməyə nail olublar. İl ərzində 13 min 756 hektar sahədən 36 min 408 ton taxıl, 155 hektar sahədən 1807 ton kartof, 1158 hektar sahədən 19 min 842 ton tərəvəz, 70 hektar sahədən 1136 ton bostan məhsulları tədarük olunub.
Bütün bu nəticələr əvvəlki ilin göstəricilərindən xeyli yüksəkdir. Belə ki, əvvəlki illə müqayisədə 2015-ci ildə taxıl istehsalı 8 min 151 ton, kartof istehsalı 205 ton, tərəvəz istehsalı 175 ton, bostan məhsullarının istehsalı 45 ton artıb. Bundan əlavə, cari ilin məhsulu üçün Göyçayda 13 min 880 hektar sahədə taxıl səpini aparılıb ki, bu da ötənilkindən 124 hektar çoxdur.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_taxil_terevez_ve_bostan_mehsullarinin_istehsali_artib-917256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR