Azərbaycanda epizootik vəziyyət sabitdir

Azərbaycanda epizootik vəziyyət sabitdir
02:14 10 Yanvar 2016
45 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq 2016-cı ilin cari ilin müalicə və profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilib.

 

Lent.az-ın xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) məlumatında bildirir ki, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında  isə brusellyoza görə serioliji müayinələrin aparılması məqsədi ilə qanalma tədbirlərinə başlanılıb.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanların müalicə və profilaktiki, epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət olunsun, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.  

 

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootik tədbirlər planında nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd vasitələri ilə yerli baytarlıq idarələrini təmin etməklə lazımi nəzarət tədbirlərini həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR