"Bu, onun yaşında qəribə əlamətdir"

"Bu, onun yaşında qəribə əlamətdir"
08:47 10 Yanvar 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

"Borussia Dortmund"un baş məşqçisi Tomas Tuxel ötən yay 1 mövsümlük icarəyə götürülən Adnan Yanuzayın qışda geri qaytarılmasından danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Tuxel bunları deyib:

"Yanuzay inkişaf etmək istəyini göstərmirdi. Bu, onun yaşında qəribə əlamətdir. Mənə elə gəlirdi ki, Yanuzayın bir hissəsi "United"lə birlikdə idi. Ona dəyişməkdə kömək edə bilmədik".

Mövsümün ilk yarısında Bundesliqada 6 oyun keçirən Yanuzayın aktivində 2 məhsuldar ötürmə var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR