Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
17:03 30 Dekabr 2014
92 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Trend-in məlumatına görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar başda sədr Nazim İbrahimov olmaqla Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və xaricdə fəaliyyət göstərən bir sıra diaspor təşkilatlarının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri ulu öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib. Artıq 23 ildir ki, 31 dekabr bütün dünya azərbaycanlıları tərəfindən birlik və həmrəylik bayramı kimi qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR