"Qızıl Qlobus" mükafatı öz sahiblərini tapdı

"Qızıl Qlobus" mükafatı öz sahiblərini tapdı
07:57 11 Yanvar 2016
57 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində 73-cü "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi keçirilib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatı 25 kateqoriyada təqdim edilib.
Bu il "Ən yaxşı komediya aktyoru vü müzikl" nominasiyasında "Marslı" filmindəki oyununa görə aktyor Mett Deymon fərqlənib.
"Ən yaxşı ikinci plan qadın roluna" görə "Qızıl Qlobus" isə britaniyalı Keyt Uinslet layiq görülüb. Aktrisa Apple" şirkətinin banisi Stiv Cobsun həyat və yaradıcılığına həsr olunmuş filmdə yaratdığı obraza görə mükafata sahib olub.
"Stiv Cobs" filminin ssenarini yazan Aaron Sorkin "Ən yaxşı ssenari müəllifi" nominasiyasında fərqlənib.
Məşhur italiyalı bəstəkar Ennio Morrikone ən yaxşı saundtrek nominasiyasında "Qızıl Qlobus"u aparıb.
Qeyd edək ki, kino sənayesində ikinci mötəbər mükafat sayılan "Qızıl Qlobus" mükafatı Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı üçün proqnoz hesab edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/sou-biznes/qizil-qlobus-mukafati-oz-sahiblerini-tapdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR