​Bakıda MMC-dən elektrik kabeli oğurlayan şəxslər tutulub

​Bakıda MMC-dən elektrik kabeli oğurlayan şəxslər tutulub
13:47 11 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Ötən il noyabrın 19-da “Xəyal Adası” MMC-dən yüksək gərginlikli elektrik kabelini oğurlayan şəxslər tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat yayıb.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə 2015-ci ilin noyabrın 19-da Suraxanı rayonunda yerləşən “Xəyal Adası” MMC-dən dəyəri 11303 manat dəyərində olan 256 metr yüksək gərginlikli elektrik kabelini oğurlayan Bakı şəhər sakini Elçin Mustafazadə və Lənkəran şəhər sakini Samid Hacıyev saxlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-mmc-den-elektrik-kabeli-ogurlayan-sexsler-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR