Moskvada boru kəmərləri ilə bağlı beynəlxalq sammit keçiriləcək

Moskvada boru kəmərləri ilə bağlı beynəlxalq sammit keçiriləcək
16:32 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu il aprelin 6-7-də Moskvada "Rusiya və MDB-də boru kəmərlərinin bütövlüyünün idarə olunması" adlı beynəlxalq sammit keçiriləcək.
"Report" xəbər verir ki, sammitdə boru kəmərlərinin bütövlüyü, kəmərlərin təhlükəsizliyinin tənzimlənməsi aspektləri, boru kəmərlərinin dizaynı və əməliyyat risklərinin qiymətləndirilməsi, anti-korroziya, diaqnostika və təftişlər, dənizaltı boru kəmərləri əməliyyatları, çətin coğrafi şəraitlərdə kəmər əməliyyatları müzakirə olunacaq.
Sammitdə Cənub Axını layihəsi, "Bashneft", "Salym Petroleum", "Transneft Baltic" şirkətlərinin nümayəndələri çıxış edəcəklər.
Qeyd edək ki, "Report" İnformasiya Agentliyi bu tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR