Ödəniş kartları ilə valyuta konvertasiyası həyata keçirildikdə Azərbaycan Mərkəzi Bankı tərəfindən təyin edilən məzənnə (vəsaitin hesabdan silinmə gününə) və yuxarıda qeyd edilən müvafiq komissiya tətbiq olunur. Məzənnə dəyişməsindən yaranan riskləri və konvertasiya komissiyasını nəzərə alaraq, "Paşa Bank" müştərilərə kartla valyuta konvertasiyası tələb edən əməliyyat keçirməməyi tövsiyə edir.
"Hər hansı valyutada əməliyyat keçirmək üçün hesabı həmin valyutada olan kartdan istifadə tövsiyə olunur. Multivalyuta kartları olduqda isə hesabın əsas valyutası və vəsaitin hansı valyuta sub-hesabında olması nəzərə alınmalıdır. Bu tövsiyələr müştərilərin mümkün itkilərdən qorunmasına xidmət edir", - deyə Bankdan bildirilib.