Tanınmış caz pianoçu Elçin Şirinovun saytı fəaliyyətə başlayıb

Tanınmış caz pianoçu Elçin Şirinovun saytı fəaliyyətə başlayıb
15:43 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinovun Parisdə saytı açılıb.
Bu barədə AZƏRTAC-a pianoçu özü məlumat verib. Saytda sənətkarın həyat və yaradıcılığından, bundan sonra ifaçılıq sahəsindəki fəaliyyətindən bəhs edən məlumatlar yer alıb.
Qeyd edək ki, sənətkar dəfələrlə bir sıra Avropa ölkələrində Azərbaycan milli musiqisi və bəstəkarlarının əsərləri ilə yanaşı, Qərb caz sənətinin incə və ritmik çalarları da daxil olmaqla ahəngli musiqi sintezindən ibarət möhtəşəm konsert proqramları ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taninmis_caz_pianochu_Elchin_Sirinovun_sayti_fealiyyete_baslayib-917765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR