Mustafa Kamal Atatürk "Parlaq Zəka"da - FOTO

Mustafa Kamal Atatürk "Parlaq Zəka"da - FOTO
16:57 12 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+

AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tamaşaçılar zəkaların "Mustafa Kamal Atatürk" mövzusunda olan mübarizələrini izlədilər.

Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Emil Əliyev, sarı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Günel Həmidova, yaşıl yolda isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Günay Cəfərli mübarizə apardı. Bu qarşılaşmanın qalibi Emil Əliyev oldu.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR