Türkmənistan özünün milli neft və qaz şirkətini yaradır

Türkmənistan özünün milli neft və qaz şirkətini yaradır
17:58 12 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın milli neft və qaz şirkətinin yaradılması haqqında fərman imzalayıb.
AZƏRTAC “enerjienstitusu.com”a istinadla xəbər verir ki, bu qərar Türkmənistanda 2030-ci ilədək neft və qaz sənayesinin inkişaf proqramı çərçivəsində ölkədə karbohidrogen ehtiyatlarının axtarışı və istifadəsi əməliyyatlarına, həmçinin bu məhsulların daxili və xarici bazarlarda satışına kömək məqsədi daşıyır.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR