İslamabad, 13 yanvar, AZƏRTAC
Pakistan polisinin yaydığı məlumata görə, Bəlucistan əyalətinin Kvetta şəhərindəki Poliomelit Mərkəzinin yaxınlığında baş vermiş partlayış nəticəsində 15 nəfər həlak olub. Ölənlərin 12-si polis əməkdaşıdır. Yaralanan 10 nəfərin 9-u polis nümayəndəsi, biri isə mərkəzin işçisidir.
Məlumatda bildirilir ki, partlayış mərkəzdə əhalinin vaksinasiyası zamanı baş verib və səbəblər haqqında heç bir məlumat verilmir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad